Qeyd edək ki, Abbasəli Ramazan oğlu Novruzov 1937-ci ildə Bakıda doğulub.
Uzun illər SSRİ Sərhəd Qoşunlarında xidmət edib.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü il aprelin 8-də Abbasəli Novruzov Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin edilib. O, 2001-ci ilə qədər bu vəzifəni tutub.











