Ərdoğanla Tramp arasında görüşün vaxtı açıqlandı

  • By admin
  • 20 Sentyabr 2017 17:53

erdogan tramp

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında baş tutacaq görüşün vaxtı açıqlandı.

Gununsesi.info haberturk-ə istinadən xəbər verir ki, Ərdoğanla Tramp arasındakı görüşün vaxtı dəqiqləşib. Görüş sentyabrın 21-də saat 22.00-da reallaşacaq.

Görüşdə iki ölkə arasındakı münasibətlər, FETÖ məsələsi, Yaxın Şərqdəki vəziyyət, xüsusən də Suriya böhranı və İraqda kürdlərin referendum məsələsi müzakirə olunacaq.

Gununsesi.info