Huangluonun uzun saçlı gözəlləri - FOTOLAR

  • By admin
  • 19 Avqust 2017 09:10

cin-in-izole-bir-bolgesinde-yasayan-uzun-sacli-709553_3509_8_b

Saç hər bir xanımın ən təbii aksesuarıdır. Amma Çinin Huangluo kəndində saç qadınlar üçün olduqda qiymətli bir şeydir.
Sözügedən kənd qədim tarixə və adət-ənənələrə malikdir. Lakin burada ən diqqət çəkən məqam qadınların saçlarıdır. Kəndin qadınları uzun saçın uzun ömür və zənginlik gətirdiyinə inanırlar. Burada qadınların ortalama saç uzunluğu 1,7 metrdir. İnanılmaz olsa da, Huanglouda hətta saçıları 5 metr olan qadınlar da var.
Onlar ömürlərində cəmi 1 dəfə – 16 yaşında saçlarını kəsdirə bilərlər, o da ki, ərə getməzdən əvvəl.
Burada qadınların saç stilləri onların həyatının, bir növ, güzgüsüdür.
Gununsesi.info Huangluo gözəllərinin saç modellərini və onların mənalarını fotoşəkillərlə təqdim edir.
Qadın saçını başının ortasında toplayıbsa, bu, onun evli olduğunu, lakin övlad sahibi olmadığını göstərir.

cin-in-izole-bir-bolgesinde-yasayan-uzun-sacli-709553_2782_6_b
Qadın saçını başının qabağında toplayıbsa, deməli, o, həm həyat yoldaşı, həm də anadır.

cin-in-izole-bir-bolgesinde-yasayan-uzun-sacli-709553_6887_7_b
Qadın başına papaq taxıbsa, bu, onun subay və ya sevgili axtarışında olduğunu göstərir.

cin-in-izole-bir-bolgesinde-yasayan-uzun-sacli-709553_7825_11_b
Gununsesi.info