Adı xəritədə olmayan gizli şəhərdən reportaj - FOTOLAR

  • By admin
  • 19 Avqust 2017 13:07

ruslarin-yeni-fenomeni-tittygram-1130890

Adı xəritədə olmayan, əhalisinin sayı bir zamanlar bir milyon nəfər olan Rusiyanın qapalı hərbi şəhəri Zareçni haqqında bilib və bilmədiklərimiz…

Gununsesi.info rus mediasına istinadən xəbər verir ki, sovetlər dönəmində Rusiyanın adı və yeri bəlli olmayan xeyli sayda hərbi cəhətdən strateji əhəmiyyətli gizli şəhərləri olub.

Bu şəhərlərə giriş-çıxış qadağan olunub. Hətta bu şəhər əhalisi məktubları belə, başqa şəhərlərdəki poçtlar vasitəsi ilə alırmışlar. Belə ki, şəhər vətəndaşına gələn məktub başqa şəhər poçtuna yönləndirilir və orada da yoxlanıldıqdan sonra nəzarət altında sahibinə çatdırılıb. Bu qapalı şəhərlərin ətrafları tikanlı məftillərlə hasarlanmış vəziyyətdə olub ki, hər hansı kənar şəxs və ya şəhər sakini buranı gizli də olsa tərk etməsin.

SSRİ dağıldıqdan sonra 1991-ci ildən sonra bu qapalı adları xəritədə olmayan şəhərlərdən biri də Zareçni şəhəri olub. Ancaq o şəhərlərdən hələ də bir neçəsi gizli olaraq qalmaqdadır. SSRİ dağıldıqdan sonra isə Zareçni kimi bir sıra şəhərlərə giriş-çıxışla bağlı qadağalar aradan qaldırılıb və bu şəhərlərə digər şəxslərin də girişinə imkan yaradılır. Deyilənə görə, sovetlər dönəmində Zareçni şəhərində 1 milyon insan olub, SSRİ dağıldıqdan sonra şəhər əhalisi buranı kütləvi şəkildə tərk edib. Hazırda şəhərin 62 min əhalisi var.

Fotoqraf Kseniya Yurkova Zareçni şəhərində olub və buradan fotoreportaj hazırlayıb. Fotqoraf qeyd edir ki, sovetlər dönəmində olduğu kimi indi də bu şəhərdə kənar kimsəyə rast gəəlmək olmur.

rusya-nin-gizli-sehri-zarechny-1297031

rusya-nin-gizli-sehri-zarechny-1297023

rusya-nin-gizli-sehri-zarechny-1297011

rusya-nin-gizli-sehri-zarechny-1297007

rusya-nin-gizli-sehri-zarechny-1296995

rusya-nin-gizli-sehri-zarechny-1296985

rusya-nin-gizli-sehri-zarechny-1296983

ruslarin-yeni-fenomeni-tittygram-1130888

Hazırladı Mürtəza

Gununsesi.info