Aktrisanın geyimləri rekord qiymətə satıldı

1960-cı illərin məşhur Hollivud ulduzu Raquel Welchin geyim və aksesuarları rekord qiymətə satılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ötən il dünyasını dəyişən amerikalı aktrisanın kostyum və aksessuarları hərracda 1 milyon dollara satılıb.

 

1966-cı ildə “One Million Years B.C.” filmindəki mağara qadını rolu ilə şöhrət qazanan aktrisa modellik karyerası ilə də tanınıb. “One Million Years B.C.” filmində geyindiyi kostyum 13 min dollara satılıb.

 

Aktrisa 1940-cı ildə Çikaqoda anadan olub. Kaliforniyada böyüyən Uelç 1960-70-ci illərdə çoxsaylı filmlərdə rol alıb və Hollivud əfsanələrindən birinə çevrilib.

 

82 yaşında yaşında qısa sürən xəstəlikdən sonra dünyasını dəyişən aktrisa 1974-cü ildə “Üç muşketyor” filmindəki performansına görə “Qızıl Qlobus” mükafatına layiq görülüb.

 

 

Şəbnəm

Gununsesi.info