Arda transfer söhbətlərinə son qoydu

  • By admin
  • 21 Yanvar 2017 16:12

arda

 

“Barselona” klubunun türkiyəli futbolçusu Arda Turan gələcək karyerası ilə bağlı bütün suallara aydınlıq gətirib.

Gununsesi.info xəbər verir ki, “Bein sports” telekanalının qonağı olan Arda 33 yaşına qədər İspaniyada oynayacağını deyib:

“Mən, sadəcə, özüm üçün deyil, ölkəmin insanı üçün də buradayam. Gələcəkdə peşman olmayacağım addım atmamaq üçün əlimdən gələni edirəm. Açığı, o qədər də ehtiyat oyunçular arasında qaldığımı düşünmürəm, dünyanın ən yaxşı klubundayam və mövqe baxımından hər kəs əsas heyətə düşmək üçün bərabər şansa sahibdir. Mən də bu klubun önəmli bir parçası olmağa çalışıram. Fikrimcə, bunu da bacarıram.

Çox xoşbəxtəm. “Barselona” ilə 33 yaşıma qədər müqaviləm var. Əgər karyeram uğurla dava etsə, müqavilə yenilənə bilər. Karyeramı burada tamamlamaq istəyirəm”.

 

Gununsesi.info