Xaçmazda zəncirvari qəza olub, 3 nəfər xəsarət alıb

  • Müəllif: admin
  • 21 Yanvar 2017 15:46

qeza252

 

Xaçmaz rayonunda zəncirvari yol qəzası baş verib.

Gununsesi.info-nun verdiyi məlumata görə, hadisə Xaçmaz-Quba yolunun 7-ci km-də qeydə alınıb. “Ford”, “Toyota”, “Mercedes” və “VAZ 21011” markalı maşınlar toqquşub. Nəticədə “Vaz 21011” markalı avtomobilinin sürücüsü və 2 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Qubanın Ağbil kənd sakinləri 1981-ci il təvəllüdlü Məmmədov Rahim Ramiz oğlu, 1990-cı il təvəllüdlü Zeynalova Leyla Hacıbaba qızı və azyaşlı, 2011-ci il təvəllüdlü Zeynallı Sənan Həbibulla oğludur. Hər üç şəxsin vəziyyəti orta-ağırdır.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

 

 

Gununsesi.info