Bakıda mənzildə partlayış olub, 4 nəfər xəsarət alıb

  • Müəllif: admin
  • 21 Yanvar 2017 15:27

 fhn-yangin-sonduren

 

Bu gün Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli 2 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Gununsesi.info FHN-in saytına istinadən verdiyi xəbərə görə, nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı 4 nəfər yanıq xəsarəti alıb. Qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 12:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

Gununsesi.info