
Göygöldə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə, hadisə Gəncə-Göygöl-Toğanalı avtomobil yolunda qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin idarəetməni itirərək dərəyə aşması nəticəsində sərnişin, 1961-ci il təvəllüdlü Vahid Ələsgərov müxtəlif bədən xəsarətləri alıb.
O, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. V. Ələsgərova dərhal tibbi yardım göstərilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Gununsesi.info










