Bakıda ər 23 yaşlı arvadını qanına qəltan elədi

  • By admin
  • 19 İyul 2017 21:55

intihar bicaq
Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az xəbər verir ki, Maştağa qəsəbəsi Albalılaq yaşayış massivində 1989-cu il təvəllüdlü Quliyev Kamran Əlisa oğlu həyat yoldaşı, 1994-cü ildə anadan olmuş Rəhimova Fərqanə Arif qızına çoxsaylı bıçaq zərbələri endirib. 23 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info