Deputatların etik davranış qaydaları yenidən müzakirəyə çıxarıldı - DƏYİŞİKLİK OLACAQ

  • By admin
  • 20 Sentyabr 2017 15:54

millimeclis-2015_40

“Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinə dəyişikliklər edilir. 

Gununsesi.info-nun məlumatına görə, sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilmiş iclasında müzakirə edilib.

İclasda bildirilib ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanundan irəli gələrək, parlamentin Daxili Nizamnaməsinə və Seçki Məcəlləsinə əlavə və dəyişikliklər ediləcək. Hazırda bununla bağlı işçi qrup səviyyəsində işlər aparılır.

Qanun layihəsinə dəyişiklik yaxın günlərdə müzakirəyə çıxarılacaq.

Gununsesi.info