Donald Tramp Yaponiyaya səfər edəcək

  • By admin
  • 17 Oktyabr 2017 08:30

tramp-5

ABŞ prezidenti Donald Tramp Yaponiyaya səfər edəcək.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya nazirlər kabinetinin nümayəndəsi Kota Noqami bildirib.

Onun sözlərinə görə, səfərin noyabrın 5-7-də baş tutacağı gözlənilir. “ABŞ prezidentinin ilk Asiya turu Yaponiyadan başlayacaq”, deyə K.Noqami bildirib.

Qeyd edək ki, Donald Tramp Aziya turu çərçivəsində həmçinin Çin və Cənubi Koreyaya səfər edəcək.

Gununsesi.info