Eldar Mahmudovun şəriki olduğu bank çökür

  • By admin
  • 13 Oktyabr 2017 21:27

eldar-chingiz

AGBank 2017-ci ilin 3-cü rübünün sonuna dair maliyyə hesabatlarını açıqlayıb.

Gununsesi.az bildirir ki, hesabatlara görə, bankın zərəri artan tendensiyada davam edir. Sentyabr ayının sonuna (3-cü rübün sonu) AGBankın zərəri artıq 1.7 mln. manata çatıb. Bu göstərici 2-ci rübün sonunda 1.5 mln. manat təşkil edirdi.

Əlavə olaraq, bankın aktivləridə ilin əvvəlindən 10 mln. manat azalaraq 510 mln. manata düşüb. Hazırda bankın öhdəliklərinin həcmi 458 mln.manat təşkil edir.

Xatırladaq ki, adlçəkilən bank sabiq MTN rəhbəri Eldar Mahmudovun nəzarətində olub. Mahmudov Azərbaycanda cinayət yolu ilə əldə etdiyi pulların böyük qismini bu bank vasitəsilə xaricə çıxarıb.

Gununsesi.az