Ermənistanda siyasi vəziyyət böhran daha da dərinləşir

  • By admin
  • 23 Yanvar 2017 12:02
unnamed (12)
Ermənistanda  mövcud  hakim “rusiyapərəst” qüvvələrlə “qərbpərəst” qüvvələr arasında ciddi qarşıdurma yaranıb.
Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, ölkədə baş verən proseslər  Ermənistanda  növbəti  seçkilərin gərgin keçəcəyindən xəbər verir.  Hazırda “rusiyapərəst” Sərkisyan rejiminə qarşı “qərbpərəst” qüvvələrin  güclü konsolidasiyası formalaşmaqdadır. Ermənistanda  Sərkisyan rejiminə qarşı  müxalif qüvvələrin “Milli özünütəyinetmə” bloku yaradılıb. Bu blok  sabiq xarici işlər naziri  Vardan Oskanyan tərəfindən yaradılıb və bloka prezident administrasiyasının rəhbərinin sabiq müavini Viktor Dəlləkyan,  Demokratik partiyanın sədri Aram Sərkisyan, sabiq müfdafiə naziri Seyran Ohanyan daxil olub.  Bu gün isə keçmiş sovet dissidenti Paruyra Ayrikyan da qoşulub.
Qarşıdakı günlərdə  digər qüvvlərin və tanınmış  ictimai-siyasi xadimlərin də qoşulacağı gözlənilir.
Gununsesi.info