Gənclərə seçki təlim bacarıqları öyrədilir - FOTOLAR

  • By admin
  • 04 Avqust 2017 10:23
20624135_1240779899367398_29938369_n
“Demokratiyanı Öyrənmə” İctimai Birliyi (DÖİB) Avropa Birliyinin dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda azad və ədalətli seçkilər üçün vətəndaş iştirakçılğı” layihəsi çərçivəsində Bakı şəhərində ölkənin müxtəlif  bölgələrindən seçilmiş gənclər üçün “Təlimçilər üçün Təlim” (TOT) keçirib.
 DÖİB-dən Gununsesi.info-ya verilən məlumata görə, “Təlimçilər üçün Təlim” (TOT) keçirilməsində məqsəd vətəndaşların maarifləndirilməsi fəaliyyətlərininhəyata keçirilməsi üçüntəlimçilər komandasının hazırlanması olub.  Təlim müxtəlif interaktiv üsullardan istifadə edilməklə  DÖİB-in əməkdaşları və dəvət edilmiş ekspertlər tərəfindən keçirilib. Üç gün davam edən təlimdə iştirakçılara təlim bacarıqlarının sirləri öyrədilmiş və onlarda müstəqil təlim keçmək vərdişləri formalaşdırılıb. Səmərəli təlimin digər şərti olan məlumatların dürüst və aydın şəkildə çatdırılmasını təmin etmək üçün təlimçilərin müxtəlif mövzularla bağlı məlumatlılığının artırılması da təlimin gündəliyində olub. Vətəndaşların maarifləndirilməsi konsepsiyası, demokratiya və onun əsas prinsipləri, ictimai iştirakçılıq, demokratiyada seçkilər, Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı və Azərbaycanın bu proqramda yeri və s. kimi mövzular üzrə təqdimatlar edilmiş və müzakirələr aparılıb.  
TOT iştirakçıları təlimin onlarınn gözləntilərinə cavab verdiyini və faydalı olduğunu bildiriblər. Lənkərandan Rəşad Abbaszadə: ”Vətəndaş cəmiyyəti ilkin növbədə məlumatlı və məsuliyyətli vətəndaşlarn olmasını tələb edir. Bu təlimdə mən belə vətəndaşların formalaşdırılmasının zəruriliyinə bir daha əmin oldum və bunun üçün zəruri bilik və bacarıqlar qazandım”. İmişlidən olan digər iştirakçı Ziya Rzayev isə öz rəyini belə ifadə edib: “Belə təlimlər bizə müəyyən bilik və bacarıqlar verməklə bərabər, dəyərlər də qazandırır. Müəyyən məsələlərə baxışlarım və fikirlərim əhmiyyətli dərəcədə dəyişdi. İndi mən burada müzakirə edilən məsələlərlə bağlı daha aydın təsəvvürə malikəm” .
Gənc təlimçilər qarşıdakı aylarda TOT zamanı əldə etdikləri bilik və bacarıqlardan istifadə etməklə regionlarda vətəndaş maarifçilyi fəaliyyətlərini həyata keçirəcəklər.
 20631668_1240779892700732_1284083655_n 20643676_1240779889367399_1295950891_n
Gununsesi.info