Gədəbəydə xeyli hərbi sursat aşkar edilib

  • By admin
  • 22 Avqust 2017 13:16

silahjpg

Gədəbəy rayonunun Pirbulaq kəndi ərazisində hərbi sursat aşkar edilərək götürülüb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Gədəbəy rayonunun Pirbulaq kəndi ərazisində 18 ədəd “F-1” qumbarası, 6 ədəd müxtəlif tipli raket, 10 ədəd trotil şaşka, 9 ədəd patron darağı, 840 ədəd avtomat patronu, 1 ədəd reaktiv mühərriki, 10 ədəd partlayıcı və digər hərbi sursat aşkar edilərək ANAMA əməkdaşları tərəfindən götürülüb.

Anar

Gununsesi.info