Gənc qıza reanimasiyada təcavüz – Hindistanda qalmaqal+ Foto

  • By admin
  • 22 İyun 2017 22:16

1498145971-3477

 

Hindistanın Kanpur şəhərindəki Jaqriti xəstəxanasında 18 yaşlı tələbə qızın təcavüzə uğradığı iddia edilib.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, gənc qız başına gələn hadisə barədə belə danışıb:

“Reanimasiyaya yerləşdirildikdən sonra anam paltarlarımı dəyişdi. Gecə gənc bir adam gəldi, əynimdəkilərin yaş olduğunu və dəyişdirəcəyini dedi. Ona tibbi bacısı və ya anamı çağırmağı dedim. Amma o məni hamama apararaq ondan utanmamalı olduğumu dedi. Məqsədini başa düşüncə qaçmaq istədim. Amma mənə iynə vurub və özümdən getmişəm”.

Hadisə barədə xəbər tutan şəhər sakinləri xəstəxananın önünə toplaşıblar. Polis onları ərazidən uzaqlaşdırmaq istəyərkən münaqişə düşüb.

Bir polis qəzəbli kütlənin arasınd özündən gedənə qədər döyülüb. Polislər çətinliklə etirazçıları oradan uzaqlaşdıra biliblər.

Hazırda təcavüz faktı ilə bağlı araşdırma aparılır.

 

Gununsesi.info