Gürcüstanda narkotik satan azərbaycan vətəndaşı tutulub

  • By admin
  • 16 Mart 2018 12:20

Gürcüstanda son iki həftədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 19 nəfər saxlanılıb. 

Gununsesi.info Apa-nın yerli bürosuna  istinadla xəbər verir ki, onların 14-ü Gürcüstan, 1-i Ermənistan, 1-i Azərbaycan, 3-ü isə İran vətəndaşıdır.
DİN-in ölkənin müxtəlif bölgələrində keçirdiyi əməliyyatlar nəticəsində 2 kiloqramdan çox narkotik vasitə aşkarlanıb.

Gununsesi.info