Hacıqabulda yol qəzası nəticəsində ölən və yaralanan var

  • By admin
  • 19 Noyabr 2017 14:29


Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində ağır yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, ilkin məlumata görə, hadisə zamanı 1 nəfər ölüb, daha 1-i yaralanıb.
Yaralının da vəziyyətinin ağır olduğu bildirilir. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info