İlham Əliyev İndoneziya və Qabon rəhbərlərini təbrik edib

  • By admin
  • 16 Avqust 2017 18:00

2017_ilham_aliyev_01

Azərbaycan prezidenti İlham Əliyev indoneziyalı həmkarı Coko Vidodonu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib. 

Gununsesi.info xənər verir ki, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, İndoneziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcək. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost İndoneziya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

İlham Əliyev həmçinin Qabon prezidenti Ali Bonqo Ondimbanı təbrik edib: “Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və rifah arzulayıram”.

Gununsesi.info