Peşəkar boksçu aldığı zərbədən DÜNYASINI DƏYİŞİB

  • By admin
  • 16 Avqust 2017 18:10

1

Amerikalı qarışıq növ üzrə (MMA) peşəkar boksçu Rondel Klark rinqdə aldığı nokautdan sonra dünyasını dəyişib.

Gununsesi.info Assiciated Press-ə istinadən xəbər verir ki, ABŞ-ın Massaçustes ştatının Plimut şəhərində Cage Titans şousunda Rayn Dann ilə rinqə çıxan R.Klark 3-cü raundda aldığı zərbədən nokauta düşüb. Texniki nokaut alan Klark döyüşü dayandırmalı olub.

Səhhəti pis olan döyüşçü xəstəxanaya götürülüb. Xəstəxanaya yerləşdirildikdən bir gün sonra isə dünyasını dəyişib. Hazırda polis və istintaq orqanları boksçunun ölüm səbəbini araşdırır.

Qeyd edək ki, 26 yaşlı Klark həvəskar döyüşçü hesab olunurdu. Onun R.Dann ilə görüşü karyerası müddətində ikinci döyüşü olub. Birinci görüşdə döyüşü Klark udub.

Klark əvvəl Amerika futbolu ilə məşğul olub. Onun birinci döyüşü iyunda olub və o, oyunu udub.

Mətbu orqanın verdiyi məlumata görə, iyul ayında daha iki peşəkar döyüşçü rinqdə dünyasını dəyişib. Bunlardan biri MMA üzrə döyüşçü Donşey Uayt, digəri isə UFC üzrə döyüşçü Tim Xeyq olub.

Gununsesi.info