Kollina FIFA-da yeni vəzifə alıb

  • By admin
  • 21 Yanvar 2017 12:14

kolina

Məşhur italiyalı hakim Pyerluici Kollina FIFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunub.

Gununsesi.info xəbər verir ki, İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, o, bu postda ispaniyalı Anxel Mariya Vilyarı əvəzləyib. Kollinadan başqa, qurumda daha 10 nümayəndə çalışacaq. Onlar qaydaların təkmilləşdirilməsi, izahı, yenilənməsi, eləcə də FIFA-nın himayəsi altında keçirilən oyunlara hakim təyinatı ilə məşğul olacaqlar.

Eyni zamanda, UEFA-da hakimlik məsələləri üzrə baş komissar kimi çalışan Kollina 6 dəfə (1998-2003) dünyanın, 7 dəfə İtaliya A Seriyasının ən yaxşı hakimi seçilib.

Gununsesi.info