Komitə sədrindən etiraf: - "COX CİDDİ ŞƏKİLDƏ PUL QITLIĞI YARANIB"

  • By admin
  • 28 Aprel 2017 12:48
ziya

“Girov məsələsinin qiymətləndirilməsinə ciddi yanaşmaq lazımdır. Bu məsələdə qayda-qanun yaradılmasına ehtiyac var”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 28-də keçirilən iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə deyib.

 O, deyib ki, bu məsələdə insanların qayğısına qalınmalıdır.
“Biz monitorinqlər aparmalıyıq, həmçinin, bankla əlaqədar sağlamlaşdırma işləri aparmalıyıq. Pul qıtlığı yaranıb, bu, çox ciddi ciddi problemdir, bunu ciddi müzakirə etməliyik. Bu olmasa, yəni, pul qıtlığı aradan qaldırılmasa, iqtisadi fəallıq da artmayacaq”-deyən komitə sədri bu baxımdan, adıçəkilən qanun layihəsinin qəbulunun vacib olduğunu vurğulayıb.
“İnsanlarımız bu qanunu çox səbrsizliklə gözləyirlər…Mən demirəm ki, hamı kredit götürsün…Bu da lazım deyil…Amma bu qanun qəbulu insanlarımız üçün çox vacibdir”-deyə, komitə sədri daha sonra sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info