Lavrovun açıqlaması Kremllə Bakının münasibətlərinin gərginləşməsinə xidmət edir - ZAHİD ORUC

  • By admin
  • 18 Yanvar 2017 15:00
Zahid Oruj
Lavrovun mövqeyi Rusiya ilə Azərbaycan arasındakı münasibətləri yenidən gərginləşdirməyə xidmət edir.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Oruc Rusiya XİN başçısının  Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı səsləndirdiyi fikrə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, S.Lavrovun bəyanatı 90-cı illər Yeltsin dövrünün Qafqaz canişini Kazimirovun davranışlarını və Qarabağla bağlı aparılan avantüranı özündə dolğun əks etdirir. “Görünür, uzun müddət Suriya ətrafında 5 ildən artıq Amerika xarici siyasət idaərisinin rəhbəri apardığı danışıqlar zamanı ərəb coğrafiyasında yeni dövlətlər meydana çıxarmaq istəyən Qərbi suçlandırarkən rusiyalı nazir irəli sürdüyü hüquqi və siyasi arqumentləri unudur”-deyə, millət vəkili vurğulayıb.
O, əlavə edib ki, axı xarici müdaxilədən əziyyət çəkən və terror təhlükəsi ilə üz-üzə qalan yaxın Şərq dövlətlərinə Moskva yardım əlini uzadarkən bunu mütləq qurban seçilən dövlətin konstitusion hakimiyyətinin dəvəti ilə həyat keçirdiklərini qeyd edirlər: “Əslində tamamilə doğru yanaşmadır. Elə isə, Azərbaycana çatanda nədən münaqişənin həlli beynəlxalq iradədən və hər hansı siyasi paytaxtlardan asılı qoyulmalıdır”. Z. Oruc onu da deyib ki,  Lavrovla  Bakının münasibətləri yaxın tarixə qədər xeyli pis olub: “Hətta 2010-cu illərdə bir müddət diplomatik kontaktlar onun başı üzərindən qurulmaqda davam edirdi. Hər halda prezident İlham Əliyev Rusiyada hansı nazirliklərin ermənilərin xüsusi himayədarlıq etdiyini yaxşı bilir. Əgər unutmasızsa,4 günlük aprel müharibəsi zamanı ermənistanlı nazir Vardan Oskanyan Parisdən birbaşa Moskvaya gəlmişdi və onu agent adlandıran soydaşlarının İrəvanda etiraz aksiyalarına baxmayaraq, düz iki gün Lavrovla birgə Azərbaycanı cəzalandırmağın yolunu axtarmışdılar. Onda bir daha təmas xəttinə çoxminlik monitorinq missiyasını göndərmək və bütövlükdə sərhəddə kameralar quraşdırmaqla ordumuzun əl-qolunu bağlamağa yönələn planlar Lavrovla Nalbandyanın vahid mövqedə necə birləşdiklərini sübuta yetirmişdi.Lakin təbiətcə çox ehtiyatlı olan bu adam Putinin və Rusiya hərbi-sənaye kompleksinin qarşısında cəsarətlə rəsmi Bakıya silah satışının durdurlması tələbini qoya bilməmişdi”.
Millət vəkili onu da bildirib ki,  Azərbaycanda belə bəyanatların şok doğruması başadüşüləndir. “Çünki söhbət təkcə status məsələsinin torpaqların işğaldan azad edilməsi faktından önə keçirilməsindən getmir. Əgər bir ölkə ərazi problemini beynəlmiləl məsələ sayırsa,xarici müdaxilə faktını qəbul edirsə, avtomatik olaraq,situasiya daha da qaranlıqlaşır,səngərin yeri itir. Reallıq odur ki, Abxaziya, Osetiya, Donbas və Qarabağ problemi milli dövlətlərin iradəsindən kənara çıxıb. İndi hərbi vasitə ilə bütün siyasi mərkəzlərin qərarını öz xeyrinə dəyişə bilməzsən. Lavrovdan soruşsan deyəcək ki, hətta Qarabağı Azərbaycanın tərkib hissəsi sayan Türkiyənin özünün də münaqişədə tərəf  kimi marağı var. Ermənilərlə əsrlik probelmin çözülməsi, neft-qaz, yaxud geosiyasi mövqe davası. Belə olan təqdirdə, Putinin daha diplomatik dillə məsələyə son illər verdiyi qiymət onun nazirləri üçün də dəqiq çərçivə olmalıdır”- deyə, o,  vurğualyıb.
Z. Oruc deyib ki,  Avropa Şurasında ədalətə səs verən və Sərsəng su anbarı ilə ermənilərin işğalını pisləyən rusiyalı deputatları Putinin məşhər ayağına çəkdirmək istəyən də Lavrov olmuşdu: “Lakin rus prezdeint daha mötədil bir davranış sərgiləmişdi. Ona görə Lavrov Ermənistanda antirusiya aksiyalarını yaxşı görür. Biz onun etnik mənşəyinə deyil,təmsil etdiyi dövlətin maraqlarına görə Azərbaycanın ərazi bütövlüyünün təminatıın daha böyük regional təhlükəsizliyə səbəb olacağını düşünürük.  Bunu zamanla hamı qəbul edəcək”.
Mürtəza
Gununsesi.info