
Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanın daxili işi olmadığı barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlaması qeyi-adi hadisə kimi qarşılanmamaldır. Əksinə Lavrova təşəkkür etməliyik ki, o heç nəyi gizlətmədən ölkəsinin mövqeyini belə açıq formada bəyan etdi. Rusiyanın ermənipərəstliyi indinin işi deyil. Örtülü şəkildə buna bənzər hədələmələr çox olub. Rusiya bununla Azərbaycana çatdırmaq istəyir ki, ikinci aprel döyüşlərini yaddan çıxarsın.Bu siyasət strateji tərəfdaş ölkə,dost və qardaş hesab etdiyimiz Rusiyanın illər öncə yürütdüyü siyasətə söykənən bir məsələdir.
Gəlin, sadəlöhv olmayaq və bu açıqlamanın təkcə Lavrova məxsusluğu barədə də düşünməyək. O, bununla öz hökumətinin mövqeyini ortaya qoymuşdur. Deməli, burada Lavrov həm də Rusiya prezidenti Putinin Dağlıq Qarabağla bağlı yanaşmasını dünya ictimaiyyətinə, o cümlədən Azərbaycanın diqqətinə çatdırmağı bir hədəf kimi seçmişdir. Lavrovun Putindən fərqli mövqe nümayiş etdirməsinə inanmaq absurddur. Rusiya xarici siyasət idarəsinin dili ilə bu cür açıq formada gündəmin yeniləməsinə səbəb nə olmuşdur? Görünür, son zamanlar Azərbaycandan işğalçı Ermənisatana səslənən fikirlər Rusiyanı rahatsız etmişdır. Bu cür sərt,eyni zamanda təhqiramiz açıqlamanın buradan qaynaqlandıgına şübhə yeri qaimır. Bunun başqa izahı ola bilməz. Azərbaycanın torpaqları işğal olunub. Onun əvəzindən torpaqları əsarətdən kimsə azad etməyəcəkdir. Müstəqil dövlət olaraq ölkəmin taleyüklü məsələsinə bu cür hayasızcasına yanaşma suverenliyimizə siyasi qəsd kimi qiymətləndiriləmidir. Lakin təəssüflər olsun ki, Azərbaycan tərəfdən Lavrovun məlum açıqlaması ilə bağlı ciddi bir münasibət yoxdur. Xarici işlər nazirimiz Elmar Məmmədyarovun müsahibəsində Lavrovun açıqlaması ilə əlaqədar izahı öz yumşaqlığı ilə diqqətimi çəkdi. Nazirimizi ehtiyatmanmağa,lazımi cavab verməyə çəkindirən nə kimi səbəblər vardır ki, biz bunu bilmirik. Çox təəssüf doğurur. Lavrov Ermənistanın istəyini ortaya qoymuşdur. Azərbaycanın rəsmi dairələrinin susması isə heyrətləniricidir.Belə çıxır ki, Azərbaycan bundan sonra işğal olunmuş torpaqların azad edilməsində hər hansı qəti tədbir həyata keçirdiyi halda qarşısında Rusiyanın dayandığını görməli olacaqdır. Zatən, bu indinin işi deyil. Bu günə qədər də münaqişənin ədalətli həllində Rusiyanın tormozlayıcı rol aldığı apaşkardır. Minsk Qrupunun qeyri-işlək vəziyyətə düşməsində də Rusiya özünün lazımi töhvələrini vermişdır. Digər bir məsələ düşündürücüdür. Əgər belə mürtəce bəyanat hər hansı qərb ölkələrindən birindən gəlmiş olsa idi, görəsən, Azərbaycan mövqeyini necə sərgiləyərdi ?! Məncə,aşağıdan-yuxarıya həmin ölkə Azərbaycan tərəfindən topa-tüfəngə tutulardı. İndi səsimizi çıxarmırıq,çünki qarşıda “dost” Rusiya dayanıb,onun xətrinə dəymək olmaz.
Sergey Lavrovun ölkəsinin siyasətini ifadə edən bu mənfur mövqeyinə Azərbaycan ictimaiyyəti,ziyalılarımız bir sözlə, hər birimiz ciddi etiraz səsimizi ucaltmalıyıq.Ermənipərəst Lavrova öz sözümüzü deməliyik. Bundan o tərəfə yol yoxdur. Rusiya bildirir ki, Azərbaycanın atılıb-düşməsinin,işğalçı Ermənistana qarşı hədə-qorxuların cavabı kəskin ola bilər. Adam nə deyir? Adam deyir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın imkanlarından kənardır,bu məsələdə söz sahibi Rusiyadır. Bu qədər açıq və qəti!
Eldar Sabiroğlu












