Müsavat Partiyası Milli Şuranın mitinqinə qatılmayacaq - SƏBƏB

  • By admin
  • 22 Sentyabr 2017 15:18

musavat

Milli Şuranın sentyabrın 23-də keçiriləcək mitinqinin təşkilatçıları Müsavat Partiyasına müraciət etməyib.

Gununsesi.info xəbər verir ki, bu barədə “report”a Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.

O bildirib ki, buna görə də Müsavat Partiyasının Milli Şuranın mitinqinə qatılmaqla bağlı qərarı yoxdur.

G.Aslanlı qeyd edib ki, kütləvi etiraz aksiyalarının keçirilməsi Müsavat Partiyasının gündəliyindədir: “Bununla bağlı müzakirələr davam etdirilir”.

Gununsesi.info