“O qadını xoşbəxt edə bilmədim” – Elton Con

  • By admin
  • 23 Sentyabr 2017 17:55

134251_a11ikxsf92
Dünyaca məşhur müğənni Elton Con açıq-saçıq müsahibəsi ilə gündəmə gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi keçmiş arvadı Renat Blauellə münasibətlərindən danışıb.

Con 4 il davam edən uğursuz evliliyinə görə çox pis olduğunu deyib:

“İllər əvvəl toy üçün Avstraliyanı seçdim. Çox sevdiyim və hörmət etdiyim dünyanın ən gözəl qadını ilə ailə qurdum. Hamıdan çox mən yaxşı ər olmağa çalışırdım. Amma mən əsl istəklərimi gizlədirdim, bu da həyat yoldaşımı bədbəxt edirdi. Buna görə vicdan əzabı çəkirdim”.

Elton uzun müddətdir musiqiçi Devid Fernişlə ailəlidir. Onlar 2014-cü ildə münasibətlərini rəsmiləşdiriblər. Elayc və Zahar adlı iki övladları var.

 

Gununsesi.info