“Qanlıgöl”də qanlı hadisə - ƏR ARVADINI ÖLDÜRDÜ

  • By admin
  • 24 Mart 2017 09:56

bicaq_06987

Bakıda qətl törədilib.

Gununsesi.info xəbər verir ki, Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə “Qanlıgöl” ətrafındakı evlərdən birində qeydə alınıb. Orada yaşayan 1974-cü il təvəllüdlü Əkbər Əjdər oğlu Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 1975-ci il təvəllüdlü Firuzə Məhəmməd qızı Quliyevanı bıçaqlayıb. Dörd bıçaq zərbəsi alan F. Quliyeva hadisə yerindəcə keçinib.
Hadisəni törədən Ə. Quliyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Gununsesi.info