Qarabağda müharibə alovlanarsa bu, regional fəlakətə yol açacaq - EKSPERT

  • By admin
  • 19 Oktyabr 2017 12:16

f58dbd8db919c8_58dbd8db91a05.thumb

Qarabağda müharibənin alovlanması təhlükəsi böyükdür və əgər hərbi əməliyyatlar bərpa olunarsa, bu bölgədə humanitar fəlakətə səbəb olacaq.

Gununsesi.info xəbər verir ki, bunu Qarabağ münaqişəsi üzrə müstəqil ekspert Maqdalena Qrono Helsinki komissiyasının Qarabağ münaqişəsi ilə bağlı təşkil etdiyi dinləmələrdən sonra keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, münaqişə yenidən alovlanarsa, bu, region ölkələrini də öz cənginə alacaq və bu istisna edilmir: “İlk olaraq bu Türkiyə və Rusiyaya aiddir. Hərbi qarşıdurma eyni zamanda, İran və Gürcüstana da öz təsirini göstərəcək. Gürcüstanda xeyli sayda etnik azərbaycanlı və erməni yaşayır. Münaqişənin alovlanması bu baxımdan təhlükəlidir”.

Ekspert hesab edir ki, münaqişə ərazi bütövlüyü prinsipinə əsaslanaraq özmüqəddəratını təyin etmə yolu ilə həllini tapmalıdır: “Lakin buna baxmayaraq, tərəflər arasında etimad yoxdur. Danışıqlar prosesində isə inam azdır. Tərəflər kompromisslərdən uzaqdır”.

Ekspertin fikrincə, tərəflər arasınsa siaysi və hərbi müstəvidə əlaqələrin olmaması isə çox təhlükəlidir: “Bu isə gələcəkdə vəziyyətin gərginləşəcəyi təqdirdə vəziyyətin nəzarətdən çıxamasına təkan verə biləcək haldır”.

Prezidentlərin son görüşünü təqdir edən ekspert onu da bildirib ki, görüşdən sonra hansısa dəyişikliyin olmaması narahatedicidir: “Əgər münaqişə yenilənmiş proseslər əsasında problem həll olunmazsa, biz o zaman real eskalasiya təhlükəsi ilə üzləşəcəyik və bu təhlükə realdır”.

Mürtəza

Gununsesi.info