Qida təminatımızın idxaldan asılılığı kəskin artıb - VAHİD MƏHƏRRƏMOV

  • By admin
  • 15 Dekabr 2017 13:56
“2017-ci il kənd təsərrüfatı üçün ən uğursuz il oldu”.
Gununsesi.info bunu Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmova istinadən bildirib.
Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsinin bu ilin 11 ayının statistikasına əsasən, ət idxalı 63%, ət məhsulları idxalı 34,3%, kəsim üçün ölkəyə gətirilən heyvanların idxalı 72%, süd idxalı 79%, süd məhsulları idxalı 30%, ümumilikdə heyvandarlıq məhsullarının idxalı 46 faiz artıb.
“Həmçinin keçən ilin eyni dövrü ilə müqayisədə bitki yağları, şəkər, çay idxalı kəskin şəkildə artıb”-V.Məhərrəmov qeyd edir.
Ümumilikdə isə 11 ay ərzində yeyinti məhsulları idxalı 1 milyard 255 milyon 986 min dollar təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 60 milyon dollar çoxdur. Mütəxəssis onu da vurğulayır ki, 5-6 il əvvəl 11 ay ərzində ölkəyə 950 milyon dollar dəyərində yeyinti məhsulları idxal olunurdu. Bu göstərici indikindən 300 milyon dollar az idi.
Vüsalə
Gununsesi.info