Türk millət vəkilləri Manisada Bakı üçün toplandı – Foto

  • By admin
  • 21 Oktyabr 2017 21:35

22710063_1703386313007513_20562471_n
Bu dəqiqələrdə Türkiyənin şahzadələr şəhəri Manisada, Süleyman Dəmirəl Mədəniyyət Mərkəzində Azərbaycanın Müstəqillik Həftəsi çərçivəsində Bəxtiyar Vahabzadə və Abdurrahim Qarakoça həsr edilən mərasim keçirilir.

Gununsesi.info xəbər verir ki, Azərbaycandan millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi nümayəndə heyətinin də qatıldığı törən qardaş ölkələrin milli marşları ilə başladı.

Türkiyənin teatr və kino sənətçisi Əhməd Yenilməzin idarə etdiyi törəni Manisa millət vəkili, AKP sədrinin yardımçısı Səlcuq Özdağ açdı. Azərbaycana böyük sevgisini ifadə edən Özdağ Türkiyə və Azərbaycanın müstəqillik savaşından danışdı.

Daha sonra Necdət Ünü də daxil olmaqla digər millət vəkilləri, həmçinin Qənirə Paşayeva çıxış edib, Bəxtiyar Vahabzadə yaradıcılığını müstəqillik tarixinin bir parçası olaraq təqdim etdilər.

***

Törəndə Azərbaycanın tanınmış sənət adamları iştirak edir. Onlar arasında Gülyanaq və Gülyaz Məmmədova bacıları, Ramal İsrafilov da var. Tədbirə Azərbaycandan şairlər də dəvət edilib.

“TRT Avaz” tədbiri canlı yayımlayır.

Törən davam edir…
Gununsesi.info