Türkiyədə LPG istehsalı artıb

  • By admin
  • 23 Avqust 2017 23:10

lpg

Türkiyədə mayeləşdirilmiş neft qazı (LPG) idxalı iyun ayında 0,29 azalaraq 293,9 min ton olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilib ki, ölkənin LPG istehsalı iyunda keçən ilin eyni ayına görə 9,49 faiz artaraq 92,9 min ton təşkil edib.

Ölkə LPG-ni əsasən Əlcəzair, Norveç, Rusiya, Qazaxıstan, ABŞ və Ukraynadan daxil edib.

Bundan əlavə, Türkiyənin LPG ixracı iyun ayında 25,4 faiz azalaraq 11,3 min ton olub.

Gununsesi.info