Yaşamla ölüm arasında:  15 GÜN ƏRZİNDƏ FAMİLƏ BÖYRƏK KÖÇÜRÜLMƏSƏ, İKİ ÖVLADI ATASIZ QALACAQ - FOTO

  • By admin
  • 16 Noyabr 2017 10:20

Bakı şəhəri, Suraxanı rayonunda yaşayan Ayatov Famil Mübariz oğlu böyrək çatışmazlığından əziyyət çəkir.

İki il öncə bu problemlə üzləşdiyini öyrənən Famil Ayatov  əməliyyat edilib və donor olaraq anasının böyrəyi ona köçürülüb. Lakin bir müddətdən  sonra müayinələr nəticəsində anasının böyrəyinin Familə düşmədiyi ortaya çıxıb.

Qeyd edək ki, Famil Ayatovun iki azyaşlı övladı var. Yenidən əməliyyat edilməlidir. Sağalacağına ümid var, çünki donor kimi atasının böyrəyini ona köçürəcəklər. Lakin bu prosesin icrası üçün təcili şəkildə 18 min dollar lazımdır. Çünki böyrəyi tamamilə fəaliyyətini dayandırır. Famil Ayatov üçün bank hesabı açılıb.

Famil, onun ailəsi və iki azyaşlı övladı hər bir Azərbaycan vətəndaşına müraciət edərək, ona maddi və mənəvi dəsətk göstərməyə çağırıb. Sadə vətəndaşlardan tutmuş, dövlət məmurlarına, əlində səlahiyyəti olan hər bir kəsə qədər, hamıya səslənib Famil Ayatov üçün kömək istəyirik. Bu səhər oyandığımızda əlimiz və ayağımız tutursa, övladlarımızı sevindirməyə gücümüz çatırsa, gəlin bir manat belə olsa yardım edib Familin iki körpəsini, öz orqanlarını ona donor olaraq verən ata anasını da sevindirək.

İmkanlı şəxslərdən iki uşaq atası olan Familin sağlamlığına qovuşması üçün yardım etməyi xahiş edirik.

Əlaqə Telefonu: (+994 070) 203-70-35

Mürtəza

Gununsesi.info