Bakıda fəhlə liftin şaxtasına düşərək ölüb

  • Müəllif: admin
  • 16 Noyabr 2017 10:26

Bakıda fəhlə faciəli şəkildə ölüb.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, Yasamal rayonu H.Zərdabi küçəsində tikilməkdə olan hündürmərtəbəli binada fəhlə işləyən, 1966-cı il təvəllüdlü Əlövsət Xəlilov liftin şaxtasına düşüb.

Ə.Xəlilov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Gununsesi.info