İspaniyanın “Elçe” klubu “Brayton”da çıxış edən yarımmüdafiəçi Fakundo Buonanotteni icarəyə götürüb.
Gununsesi.info xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İcarə müqaviləsi 2026/27 mövsümünün sonuna kimi nəzərdə tutulub.
Qeyd edək ki, Fakundo Buonanotte “Rosario Sentral”ın yetirməsidir. Argentinalı futbolçu 2023-cü ildən “Brayton”da çıxış edir. O, bu müddətdə icarə əsasında “Lester”, “Çelsi” və “Lids”in də formasını geyinib.












