Bu gün Misli Premyer Liqasında 4-cü turun daha iki oyunu keçirləcək.
Gununsesi.info xəbər verir ki, günün ilk oyununda “Sabah” öz meydanında “Zirə”ni qəbul edəcək.
Hazırda “Zirə” komandası 9 xalla birinci, “Sabah” isə 6 xalla dördüncü yerdədir.
Lakin “Sabah” bir oyun az keçirib.
Digər matçda isə “Neftçi” “Şəfa”nı qəbul edəcək. 3 turdan sonra “Neftçi” 6 xalla ikinci, “Şəfa” isə 3 xalla doqquzuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq.
Misli Premyer Liqası
IV tur
5 sentyabr
18:30. “Sabah” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
“Bank Respublika Arena”
20:30. “Neftçi” – “Şəfa”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Cəmil Quliyev
“Palms Sports Arena”
6 sentyabr
18:00. “Turan Tovuz” – “Sumqayıt”
20:15. “Qarabağ” – “Araz-Naxçıvan”
4 sentyabr (cümə)
“Qəbələ” – “İmişli” – 2:1
“Kəpəz” – “Şamaxı” – 1:4










