Azərbaycan XİN Tsxinvalidəki “prezident seçkiləri”ni tanımadı

  • Müəllif: Firuzə
  • 22 Sentyabr 2026 19:00

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nə dair bəyanat yayıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib.

“Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır”, – bəyanatda deyilir.

Gununsesi.info