Sabah yollarda duman sürücülərə problem yaradacaq

  • Müəllif: Şəbnəm
  • 21 Sentyabr 2026 18:04

Sabah Azərbaycanın bəzi magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət açıqlanıb.

Bu barədə Gununsesi.info -ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 22-si gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

 

Gununsesi.info