Azərbaycanda yeni iş yerləri yaradıldı

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının tabeliyində “Daşkəsən Rayon Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, cəmiyyətin işçilərinin say həddi 82 ştat vahidi müəyyən edilib