“Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”ni təsdiqləndi

  • Müəllif: Orxan
  • 05 Noyabr 2026 15:36

Prezident İlham Əliyev oktyabrın 23-də qəbul etdiyi “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiq edilməsi qanunu imzalayıb.

Gununsesi.info xəbər verir ki, bununla da, Beynəlxalq Telekommunikasiya İttifaqının 2023-cü il 20 noyabr – 15 dekabr tarixlərində baş tutmuş Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları ilə qəbul olunmuş “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri” Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiqlənib.

Gununsesi.info