“Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında qarşılıqlı səfərlər barədə heç bir əsaslı razılaşma yoxdur, amma ümid edirəm, bir gün bunlar da baş tutacaq”.
Gununesi.info xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan jurnalistlərlə söhbətində bildirib.
Nazirin sözlərinə görə, münasibətlərin normallaşmasının yeni mərhələləri müəyyən edildikdə, sülh daha da möhkəmlənəcək və Xarici İşlər Nazirliyinin nümayəndələrinin, o cümlədən liderlərin qarşılıqlı səfərlər edəcəyi və müxtəlif tədbirlərdə iştirak edəcəyi gün də gələcək.
“Hazırda konkret razılaşmalar yoxdur”, – Mirzoyan vurğulayıb.












