Ərdoğan Zelenskidən sonra Putinlə də görüşəcək

  • Müəllif: Firuzə
  • 05 Noyabr 2026 14:28

“Ukrayna Prezidenti Volodimir Zelenski ilə şənbə günü Türkiyəyə etdiyi səfər zamanı bu məsələləri ətraflı müzakirə etmişik”.

Gununesi.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında Rusiya, Ukrayna və Türkiyə liderləri arasında İstanbulda mümkün üçtərəfli görüşü şərh edərkən deyib.

“Cənab Zelenskiyə Rusiya ilə Ukrayna arasında davam edən müharibənin başa çatdırılması üçün danışıqlar və diplomatiya yolu ilə addımlar atılmasının nə qədər vacib olduğunu bildirdik və izah etdik. Türkiyə olaraq sülhə gedən yolu açmaq üçün əlimizdən gələni edirik və bundan sonra da etməyə davam edəcəyik.

Cənab Zelenski ilə keçirdiyimiz görüşdən sonra indi də cənab Putinlə görüşərək məsələnin Rusiya tərəfini müzakirə etmək istəyirik. Bu arada, xüsusilə xarici işlər naziri başda olmaqla, müvafiq rəsmilər öz həmkarları ilə təmaslar quraraq, İnşallah, Rusiya tərəfini də bu görüşə hazırlayacaqlar”, – Ərdoğan qeyd edib.

Gununesi.info