Orta aylıq pensiya 45 manat artaraq 640 manata çata bilər

  • Müəllif: Orxan
  • 05 Noyabr 2026 11:26

2027-ci ildə Azərbaycanda orta aylıq pensiyanın 45 manat artaraq 640 manata çatacağı proqnozlaşdırılır.

Gununsesi.info xəbər verir ki, bunu deputat Musa Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Əmək və sosial siyasət komitəsinin birgə iclasında deyib.

Deputat 2027-ci ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun büdcəsi müzakirə olunarkən bildirib ki, 2026-cı ildə əldə olunan iqtisadi nəticələr gələn il də sosialyönümlü büdcə siyasətini davam etdirməyə imkan verir.

Quliyev Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında əməkhaqlarının, pensiyaların, müavinətlərin və təqaüdlərin artırılacağını bəyan etdiyini xatırladıb. Deputatın sözlərinə görə, nəzərdə tutulan artımlar əhalinin gəlirlərinin yüksəlməsinə və sosial müdafiəsinin güclənməsinə töhfə verəcək.