Tramp Rubionun yerinə səfiri gətirmək istəyir

  • Müəllif: Orxan
  • 05 Noyabr 2026 11:18

ABŞ-ın Hindistandakı səfiri Serjio Qor dövlət katibi Marko Rubionu əvəz edə bilər. Onun Ağ Ev aparatının rəhbəri vəzifəsinə də namizədliyi nəzərdən keçirilir.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Washington Sun” nəşri Ağ Ev administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, administrasiya daxilindəki müzakirələrdən xəbərdar olan mənbələr Qorun adının bir sıra mühüm vəzifələrlə bağlı hallandığını bildiriblər. Söhbət, xüsusilə, Ağ Ev aparatının rəhbəri vəzifəsindən və ya Marko Rubionun dövlət katibi postunda mümkün varisindən gedir.

Məlumata əsasən, hazırda Ağ Evdə Qorun Trampın prezidentlik müddətinin ikinci yarısında boşala biləcək yüksək inzibati vəzifələrə namizədliyi müzakirə olunur.

ABŞ administrasiyasının rəsmilərindən biri nəşrə açıqlamasında bildirib:

“O, daha nəzərəçarpan və ictimaiyyət qarşısında görünən rola can atır”.

Rubio 2028-ci il seçkilərində iştirak edəcək?

Xatırladaq ki, sentyabr ayında ABŞ dövlət katibi Marko Rubio 2028-ci il prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı suala cavab verməkdən yayınmış və hazırkı vəzifələrinin icrasına tam diqqət ayırdığını bildirmişdi.

Gununsesi.info