Avropa Məhkəməsi Əli Kərimlinin iddialarını rədd etdi

  • Müəllif: Orxan
  • 04 Noyabr 2026 11:21

İnsan hüquqları üzrə Avropa Məhkəməsində Əli Kərimlinin Azərbaycana qarşı (N 33395/26) iddiasına baxılması üzrə uzunmüddətli proses yekunlaşıb.

Gununsesi.info xəbər verir ki, Ramiz Mehdiyev və digərləri ilə birlikdə Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsi və dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etməkdə şübhəli bilinən Əli Kərimli istintaq müddətində, o cümlədən saxlanıldığı istintaq təcridxanasında qeyri-insani rəftar, hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasına qarşı qərar qəbul edilməsi üçün İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edib.

Ötən müddətdə Avropa Məhkəməsi iş üzrə ərizəçinin və müdafiəçilərinin təqdim etdiyi, habelə bununla əlaqədar toplanmış qarşılıqlı məlumatları araşdırıb.

Avropa Məhkəməsi iddia tələblərini rədd edib və Məhkəmə Reqlamentinin 39-cu Qaydasına əsasən Azərbaycan Respublikasına qarşı həmin iddia ilə tələb edilən müvəqqəti təminat tədbirlərinin tətbiq edilməməsi barədə qərar qəbul edib.

Gununsesi.info