Vətəndaş Baku Electronics-dən şikayət etdi: Tozsoranı hələ də təhvil ala bilmir

Vətəndaş Baku Electronics-dən narazılıq edir.

Gununesi.info bildirir ki, bu barədə o sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, oktyabrın 31-də “Crescent Mall”da yerləşən mağazadan tozsoran alıblar. Məhsulun yalnız Əhmədli filialında olduğu bildirilib və evlərinə yaxın filiala 3 iş günü ərzində çatdırılacağı vəd edilib.

Lakin vətəndaşın iddiasına görə, nəzərdə tutulan vaxt keçməsinə baxmayaraq, məhsul hələ də filiala göndərilməyib. Şikayətçi çağrı mərkəzindən də məsələ ilə bağlı dəqiq məlumat ala bilmədiyini bildirib:

” Şikayətim ‘Baku Electronics’dəndir. Oktyabrın 31-də ‘Crescent Mall’da yerləşən filialdan tozsoran almışıq. Bildirdilər ki, məhsul yalnız Əhmədli filialında var. İstəsək, evimizə yaxın filiala 3 iş günü ərzində çatdırıla bilər. Biz də razılaşdıq.

İndi isə nə məhsul seçdiyimiz filiala göndərilib, nə də çağrı mərkəzindən məlumat ala bilirik. Artıq 24 saatdan çoxdur ki, məsələ ilə bağlı dəqiq cavab gözləyirik”.

 

Günay

Gununesi.info