Moldova prezidenti Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Gununsesi.info xəbər verir ki, Moldova Prezidenti Maya Sandu istilik mövsümündən əvvəl enerji böhranının aradan qaldırılması tədbirlərini müzakirə etmək üçün Ali Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Prezident administrasiyası bildirib ki, gündəliyə beynəlxalq enerji böhranının Moldova Respublikasına təsiri və soyuq mövsümdən əvvəl milli enerji dayanıqlığının gücləndirilməsi tədbirləri daxildir.
Maqsud












