Elm və Təhsil Nazirliyindən Səyyad Aranın ittihamına cavab

  • Müəllif: Orxan
  • 22 Sentyabr 2026 14:50

Milli Məclisin İnsan hüquqları komitəsinin dünənki iclasında deputat Səyyad Aran səhiyyə nazirinin regionlarda təşkil olunan vətəndaş qəbullarından narazı olduğunu bildirib. 

Səyyad Aran iclasda həmçinin “İki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm” ifadələri ilə elm və təhsil nazirini də hədəfə alıb.

Səhiyyə Nazirliyi artıq deputata cavab verib.

Bəs Elm və Təhsil Nazirliyi?

Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən bu mövzuyla bağlı Gununsesi.infonun sorğusuna cavab verilib.

Bildirilib ki, yaxın vaxtda nazirlik adından deputata hazırlanan cavab ictimailəşdiriləcək.