“Universitet və orta məktəbdə işləyən şəhid ailə üzvləri, xüsusilədə şəhid valideyinləri 65 yaşı tamam olduqda onların əmək fəaliyyətlərini davam etdirmələrinə şərait yaradılmalıdır”.
Gununsesi.info-nun xəbərinə görə, bunu deputat Naqif Həmzəyev Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib.
“Qanunvericilikdə 65 yaş son həddir. Şəhid ailə üzvləri, xüsusilə şəhid valideyinləri üçün ayrıca, avtomatik tətbiq olunan norma mövcud deyil. Məncə, biz bunu həll edə bilərik”, – N.Həmzəyev qeyd edib












