Rusiyada seçki nəticələri: 4 partiya 5 faizlik baryeri keçib

  • Müəllif: Orxan
  • 21 Sentyabr 2026 12:57

Rusiyada IX çağırış Dövlət Dumasına seçkilərdə protokolların 95,45 faizinin işlənməsindən sonra dörd siyasi partiya 5 faizlik seçki baryerini keçib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının elektron tablosundakı məlumatlar göstərir.

İlkin nəticələrə əsasən, “Vahid Rusiya” 57,82 faiz səslə öndədir. Rusiya Kommunist Partiyası (KPRF) 13,8 faiz, Liberal-Demokrat Partiyası (LDPR) 8,99 faiz, “Yeni İnsanlar” isə 7,96 faiz səs toplayıb.

“Ədalətli Rusiya” 4,96 faiz səslə 5 faizlik baryerdən aşağıda qərarlaşıb.

Digər partiyaların nəticələri belədir:

Pensiyaçılar Partiyası – 2 faiz

“Yaşıllar” – 1,16 faiz

“Rusiya Kommunistləri” – 0,85 faiz

“Rodina” – 0,72 faiz

Birbaşa Demokratiya Partiyası – 0,35 faiz

Səslərin hesablanması davam edir və açıqlanan nəticələr ilkin xarakter daşıyır.

Gununsesi.info